Gəncədə 11 yaşlı qızı avtomobil vurub

Gəncə. 20 iyun. REPORT.AZ/ Gəncə şəhərində 11 yaşlı qızı avtomobil vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərdəki 39 saylı məktəbin qarşısında baş verib. 

2007-ci il təvəllüdlü Vəliyeva Aytən Vəli qızı yolu keçmək istəyən zaman "İnfiniti" markalı avtomobil onu vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qaradağda top mərmisi aşkarlanıb 21 yanvar, 2026 / 10:19
Ağsuda zəlzələ olub 21 yanvar, 2026 / 03:19