Gəncə-Samux yolunda avtomobil qəzası baş verib, yaralananlar var

Gəncə. 3 noyabr. REPORT.AZ/ Gəncə-Samux yolunda avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə İmamzadə kompleksinə gedən yolda qeydə alınıb.

Belə ki, avtomobili sərxoş vəziyyətdə idarə edən, 1984-cü il təvəllüdlü Turqay Adil oğlu Yüsibov Zahid adlı bir piyadanı vurub, daha sonra nəqliyyat vasitəsini yol kənarındakı ağaca çırpıb. Yaralı vəziyyətdə olan hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər