Gəncə sakini qaynatası tərəfindən döyülüb

Gəncə. 8 sentyabr. REPORT.AZ/ Gəncədə döyülmə hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhər sakini, 1981-ci il təvəllüdlü Tural Şirzad oğlu Quliyev qaynatası tərəfindən döyülüb. Nəticədə o, xəsarət alıb. T. Quliyev yaxınlarının köməyi ilə başının çapılmış və əzilmiş diaqnozu ilə travmatologiya şöbəsinə yerləşdirilib. 

Qaynatayla kürəkən arasında yaranmış mübahisənin hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.

Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildiriblər.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Qubada zəlzələ qeydə alınıb 14 avqust, 2026 / 21:06
Sumqayıtda kafe yanıb 14 avqust, 2026 / 17:48