Gəncədə kişi peraşkidən zəhərlənərək ölüb

Gəncə. 25 iyun. REPORT.AZ/ Gəncə şəhərində zəhərlənmədən ölüm hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Kəlbəcər rayon sakini, 1987-ci il təvəllüdlü Murad İlqar Oğlu Orucov zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılarkən yolda keçinib.

Yaxınları onun ötən gün axşam şəhərdə peraşki yediyini və gecədən halının pisləşdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54