Gəncə-Daşkəsən yolunda iki avtomobil toqquşub: xəsarət alanlar var

Daşkəsən. 13 avqust. REPORT.AZ/ Daşkəsəndə iki avtomobil toqquşub. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Daşkəsən yolunun Bayan kəndindən keçən hissəsində baş verib. 

Belə ki, taksi kimi fəaliyyət göstərən "VAZ-2107" markalı avtomobil qarşısına çıxan "VAZ-21015" markalı avtomobilə çırpılıb. Nəticədə taksinin sürücüsü və bir sərnişini, həmçinin digər avtomobildəki sərnişin xəsarət alıb. 

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər