​Gəncədə bank binasında yanğın baş verib

Bakı. 11 yanvar. REPORT.AZ/ Gəncə şəhərinin Nizami rayonunda 13 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən EKSPRESS Bankda yanğın hadisəsi baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bankın arxiv otağında quraşdırılmış elektrik lövhəsində elektrik açarı və 0,5 p.m elektrik naqilləri yanıb.

Yanğın yanğınsöndürənlər tərəfindən elektrik naqillərini ayırmaqla söndürülüb.

Digər xəbərlər

Lerikdə zəlzələ baş verib 01 avqust, 2026 / 19:37