Gədəbəy. 15 dekabr. REPORT.AZ/ Gədəbəy rayonunda qətl hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Qasımlı kəndində yaşayan, 1945-ci il təvəllüdlü Məmmədova Səmayə Qulu qızı evində qətlə yetirilib.
Onun kim tərəfindən və hansı səbəbdən qətlə yetirilməsi hələlik məlum deyil.
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.