Gədəbəydə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Kiçik Qaramurad kənd ərazisində avtomobil 2011-ci il təvəllüdlü Nağıyev Elmir Azər oğlunu vurub.
Nəticədə piyada ağır xəsarət alıb və xəstəxanaya aparılan zaman dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.