Gədəbəy rayonunda avtomobilin vurduğu ahıl qadının şəxsiyyəti məlum olub.
"Report"un məlumatına görə, rayon sakini, 1934-cü il təvəllüdlü Söhbət İbrahım qızı Rəhimova mal-qaranı otlağa aparan zaman "VAZ" markalı avtomobil onu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
***9:21
Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Qızıltorpaq kəndində baş verib.
Belə ki, "VAZ" markalı avtomobil yolu keçmək istəyən ahıl qadını vuraraq öldürüb. Hadisə yerinə hüquq- mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stasiyasının həkimləri cəlb olunub.
Faktl abğlı araşdırmalara başlanılıb.