Gədəbəydə maşın idarəetməni itirərək aşıb, sürücü komaya düşüb

Bakı. 25 avqust. REPORT.AZ/ Gədəbəy rayonunun mərkəzində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un xəbərinə görə, 1986-ci il təvəllüdlü Abbasov Elvin Bakir oğlu "VAZ-21011" markalı avtomobil ilə hərəkətdə olan zaman idarəetməni itirib və nəticədə avtomobil aşıb.

Sürücü açıq kəllə-beyin travması alıb və onun onurğa sümüyü sınıb. O, Bakıya özəl xəstəxanaların birinə çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, sürücü koma vəziyyətdindədir.

Faktla bağlı Gədəbəy rayon Polis şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56