Gədəbəydə daş hasar sakinin üstünə aşıb

Gədəbəy. 2 may. REPORT.AZ/ Gədəbəy rayonunda yerli sakin üzərinə daş hasarın aşması nəticəsində ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Mutludərə kənd sakini, 1970-ci il təvəllüdlü Zülfüqar Oruc oğlu Cəfərov evinin həyətində iş görən zaman baş verib. 

O, hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər