Gədəbəy. 10 avqust. REPORT.AZ/ Gədəbəy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Saratovka kəndi ərazisində, Qaraməmmədli kənd sakini, 1958-ci il təvəllüdlü Mazahir Quliyev idarə etdiyi "VAZ-2121" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili aşırıb.
Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.