Füzulidə ermənilərin atıb qaçdığı tank əleyhinə raket sistemi aşkarlanıb

İşğaldan azad olunan ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının bu günlərdə keçirdikləri növbəti nəzarət-profilaktiki tədbir uğurla nəticələnib.

Polis əməkdaşları rayonun işğaldan azad edilən ərazilərində 3 avtomat, 2 pulemyot, 2 qumbaraatan, 1 “Foqot” (tank əleyhinə idarə olunan raket sistemi), 185 ədəd müxtəlif növ mərmi, 75 ədəd partladıcı və 4100 müxtəlif çaplı güllələr aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 07 aprel, 2026 / 06:31
Azər Maqsudov cəzadan azad edilib 06 aprel, 2026 / 17:05