Füzulidə avtomobillərdə köməksiz vəziyyətdə qalan vətəndaşlara yardım göstərilib

Füzuli rayonu ərazisində yolların buz bağlaması səbəbindən vətəndaşlar avtomobillərdə köməksiz vəziyyətdə qalıblar.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a veirlən məlumata görə, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən hərəkətini davam etdirə bilməyən "Jeep" və "Mitsubishi" markalı minik avtomobillərinin hərəkəti təmin edilib və vətəndaşlara müvafiq köməklik göstərilib.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39