Azərbaycanda epilepsiya xəstəsi olan qadın suda boğulub

Bakı. 21 sentyabr. REPORT.AZ/ Biləsuvar şəhərində yaşayan Elnarə Cəfərova evinin yaxınlığındakı kanala düşüb. “Report” Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, E.Cəfərova epilepsiya xəstəsi olduğundan boğulub. Onun meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50