Ələt-Astara yolunda qəza olub, 4 nəfər xəsarət alıb

Ələt-Astara yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib.

Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından "Report"a verilən məlumata görə, səhər saat 05:14 radələrində iki maşının toqquşması nəticəsində 4 nəfər yüngül xəsarət alıb.

Məlumata görə, bunlar Yüzbaşov Mahir (1981), Qəniyev Vilayət (1971), Paşayev İlkin (2000) və Həsənov Ramildir (1987). Onlar müayinə olunduqdan sonra ambulator müalicəyə buraxılıblar.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47