Cəlilabad. 1 sentyabr. REPORT.AZ/ Cəlilabad rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə yeni çəkilən Ələt-Astara magistral yolunun 100-cü kilometrliyində, rayonun Uzuntəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində iki nəfər - 1991-ci il təvəllüdlü Əliyev Tofiq Mirəli oğlu və 1973-cü il təvəllüdlü Qasımov Namiq İbrahim oğlu yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.