Ələt-Astara yolunda minik avtomobili yük maşınına çırpılıb, yaralılar var

Ələt-Astara avtomobil yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobilinin "Kamaz" markalı yük avtomobilinə çırpılması nəticəsində Lənkəran şəhər sakinləri 1971-ci il təvəllüdlü Xalidə Quliyeva, 1971-ci il təvəllüdlü İlhamə Quliyeva və 1998-ci il təvəllüdlü Əsəd Quliyev xəsarət alıblar.

Yaralılar xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39