Ələt-Astara yolunda ağır qəza: 3 yaralı

Bakı. 22 noyabr. REPORT.AZ/ Ələt-Astara magistralının 138 km-də üç nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-qəza hadisəsi baş verib.

"Report"un məlumatına görə, 1988-ci il təvəllüdlü Cəlilabad şəhər sakini Əmənov Xəqani Əlisəfa oğlunun idarə etdiyi 15 BP 577 nömrəli "Hyundai" markalı minik avtomobili Ələt istiqamətində hərəkətdə olarkən qarşıda hərəkət edən 1968 -ci il təvəllüdlü Məmmədov Rəsul İzzət oğlunun idarə etdiyi 15 BM 737 nömrə nişanlı "Kamaz" markalı yük avtomaşınına çırpılıb.

Hadisə zamanı "Hyundai"nin sürücüsü və daha iki sərnişin 1982 -ci il təvəllüdlü Mübariz Məmmədov və 1988 -ci il təvəllüdlü Şahin Əliyev ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə şahidlərinin sözlərinə görə qəzanı törədən "Hyundai"in sürücüsü olub.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26