​Ehtiyatsızlıqdan ayağına mismar batan Bakı sakini xilas edilib

Bakı. 16 avqust. REPORT.AZ/ Gecə saatlarında Bakının Səbail rayonunda ehtiyatsızlıq səbəbindən 1 nəfərin ayağına mismar bataraq köməksiz vəziyyətdə qalıb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın ayağından mismarı çıxarıb və o, aidiyyəti üzrə təhvil verilib.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47