Əfv siyahısında 39 əcnəbi, 3 vətəndaşlığı olmayan şəxs var

Bakı. 24 may. REPORT.AZ/ Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamda 39 nəfər xarici vətəndaşın adı var.

“Report” xəbər verir ki, siyahıda Gürcüstan (11), Rusiya (4), Çin (5), İran (4), Türkiyə (3), Banqladeş (3), Türkmənistan (2), Qazaxıstan (2), Özbəkistan (1), Kamerun (1), Hindistan (1), Əfqanıstan (1) və Ukrayna Respublikasının (1) vətəndaşlarının adları yer alıb.

Bundan başqa, siyahıda vətəndaşlığı olmayan 3 nəfərin adı da var.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39