DSX: Düşmən təxribatı nəticəsində mülki şəxs həlak olub

Azərbaycan-Ermənistan dövlət sər­hə­dində təmas xəttində yer­lə­şən Döv­lət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları davam etməkdədir.

DSX-dən "Report"a verilən məlumata görə, 2019-cu ilin 02 oktyabr tarixində saat 16:55 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yolla­rı­nın salınması ilə məş­ğul olan ekska­vato­rumuz düşmən tərə­findən atə­şə tutul­ub. Nə­­ti­cə­də ekskovatorun sürücüsü, mülki şəxs Abı­şov Səfərəli Ələkbər oğlu güllə yarası alıb.

Hadisə yerində dərhal mümkün tibbi yar­dım gös­tə­ril­mək­­lə yaralının təcili təxliyyəsi təmin olunub, lakin görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47