Dövlət Yol Polisinin əməkdaşları ötən il 3 avtomat silahı aşkar edərək götürüblər

Bakı. 16 yanvar. REPORT.AZ/ Dövlət Yol Polisinin əməkdaşları ötən il 3 avtomat aşkar edərək götürüblər. 

"Report" xəbər verir ki, bunu 2015-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov deyib.

Onun sözlərinə görə, Dövlət Yol Polisinin əməkdaşlarının keçirdiyi əməliyyatlar nəticəsində 10 avtomat darağı, 389 müxtəlif kalibrli döyüş patronu, 3 tüfəng, 2 əl qumbarası aşkar edilərək istintaq orqanlarına təhvil verilib, axtarışda olan 19 nəfər yaxalanıb, polisin digər xidmətləri ilə birgə 79 kiloqramdan çox narkotik vasitə götürülüb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47