Sosial şəbəkələrdə Şəmkir rayonunda polis əməkdaşlarının Vətən Müharibəsində dövlət bayrağını müsadirə etməsi, orduya yardım aparan şəxslərin cərimələnməsi və digər əsassız məlumatlar yayılıb.
Yayılan məlumatlarla bağlı DİN-in mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, iddialar əsassız olmaqla, faktsızdır, həqiqəti əks etdirmir.
Vətən Müharibəsində kimliyindən asılı olmayaraq, hər kəs kimi polis də üzərinə düşən vəzifələri ləyaqətlə, şərəflə yerinə yetirib. Kimlərsə polis haqqında əsassız iddialar irəli sürürsə, polisi bayrağa, vətəndaşa hörmətsizlikdə ittiham edirsə, həmin şəxsin xarakterində ziddiyyət var.
Şəmkir rayonunda karantin rejim qaydaları ilə bağlı, sanitar-epidemioloji normaların pozulması ilə bağlı tərtib olunan protokollara da toxunan E.Hacıyev əlavə edib ki, sosial şəbəkələrə informasiyanı ötürən şəxsin kimliyi məlumdur, o, öz qanunsuz əməllərini davam etdirmək üçün əsası olmayan məlumatlar yaymaqda maraqlıdır: "Diqqətə çatdırırıq ki, iddiaların hər biri müvafiq olaraq, yoxlanılıb, Hər hansı vətəndaşa qarşı qanunsuz inzibati tənbeh tədbiri tətbiq edilməyib".
DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Digər xəbərlər
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib
06 noyabr, 2026 / 16:49
Daxili Qoşunların Hərbi İnstitutunda Zəfər tarixi adlı elmi-nəzəri konfrans keçirilib
06 noyabr, 2026 / 15:47
Baş Prokurorluqda Zəfər Günü münasibətilə tədbir keçirilib
06 noyabr, 2026 / 12:37
FHN bayram günlərində güclənmiş rejimdə çalışacaq
06 noyabr, 2026 / 11:12
Yol polisi bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət edib
06 noyabr, 2026 / 11:10
Mingəçevirdə yük avtomobili bataqlıqda batıb, iki nəfər xilas edilib
06 noyabr, 2026 / 10:17
DTX-nin Akademiyasında Zəfər Gününə həsr olunan elmi-praktiki konfrans keçirilib
06 noyabr, 2026 / 10:15
Bakıda yeraltı dayanacaqdan çıxan avtomobil 71 yaşlı qadını vuraraq öldürüb
06 noyabr, 2026 / 09:35
Fatmayıda partlayış olub, iki nəfər xəsarət alıb
06 noyabr, 2026 / 09:23
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
06 noyabr, 2026 / 08:15
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
05 noyabr, 2026 / 23:52
Nepalda vətəndaşlara Azərbaycan və Kanadada iş vəd edən dələduzlar saxlanılıb
05 noyabr, 2026 / 18:43
Sumqayıtda aptekdən 35 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
05 noyabr, 2026 / 16:45
Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edib
05 noyabr, 2026 / 15:02
Yol polisi küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib
05 noyabr, 2026 / 12:40
DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxlayıb
05 noyabr, 2026 / 12:26
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
04 noyabr, 2026 / 21:06