DİN: Polis əməkdaşları dağ və meşə yollarında 38 çağırış üzrə vətəndaşlara kömək göstərib

Polis əməkdaşları hava şəraiti ilə əlaqədar respublikamızın bir sıra bölgələrində gücləndirilmiş rejimdə fasiləsiz xidmət aparır.

Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirlib.

Məlumata görə, 102-Zəng Mərkəzinə daxil olan 38 çağırış üzrə dağ və meşə yollarında vətəndaşlara kömək göstərilib, onların gedəcəkləri ünvanlara çatdırılması təmin edilib.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56