DİN hərbçinin yol qəzasında ölümü ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Mahir oğlunun yol qəzasında ölümü ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən "Report"a bildirilib ki, avqustun 26-sı saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi “Ural” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47