DİN: Binəqədi rayonunda baş verən yanğında bir polis əməkdaşı xəsarət alıb

Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində obyektdə yanğınla əlaqəli polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülür.

Bu barədə "Report"a DİN-in Mətbuat xidmətindən bildirilib.

Əraziyə əlavə canlı qüvvə cəlb edilib. Obyektdə olan şəxslər oradan tam təxliyə ediliblər.

Xilasetmədə iştirak edən bir polis əməkdaşı xəsarət alıb.

Hazırda tədbirlər davam etdirilir.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47