Bəzi şəxslərin fotolarını yandıran şəxs müəyyənləşdirilib - RƏSMİ

Sosial şəbəkə səhifələrində radikal dini təbliğat aparan bir nəfərin bəzi şəxslərin fotolarını yandırdığını əks etdirən görüntülər yayılıb.

Bununla bağlı “Report”un sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, görüntülər polis əməkdaşlar tərəfindən araşdırılıb. Əməli törədən əqli qüsurlu şəxs O.Məmmədovdur.

O, sağlamlığı ilə əlaqədar müalicə olunur.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56