DİN: "Bakıda uşağı zorakılığa məruz qoymuş azyaşlılar müəyyən olunublar"

Sosial şəbəkələrdə azyaşlılar arasında zorakılığı əks etdirən görüntülərlə bağlı araşdırma aparılıb.

DİN-in Mətbuat xidmətindən "Report"a bildirilib ki, polis əməkdaşları tərəfindən Xətai rayonu S.Əhmədov küçəsində baş vermiş hadisə üzrə əməli törədən azyaşlılar müəyyən olunublar:

"Zorakılığa məruz qalan uşaqla bağlı ekspertiza təyin edilib.

Ekspertiza rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Hazırda təhqiqat araşdırmaları davam etdirilir".

Digər xəbərlər