DİN Şəmkirdə baş verən qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb - FOTO

Bakı. 3 Oktyabr. REPORT.AZ/ Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Şəmkir rayonunun Çinarlı qəsəbəsində baş verən silahlı insidentlə bağlı rəsmi məlumat yayıb. "Report"un xəbərinə görə, məlumatda bildirilib ki, oktyabrın 2-də Şəmkir rayonunun Çinarlı qəsəbəsində qəsəbə sakini Rəşid İmanovun ov tüfəngindən açılan atəşlə qətlə yetirilən meyiti tapılıb. Şəmkir Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin R.İmanovun sentyabrın 29-da qeyri-rəsmi nikahda yaşadığı həyat yoldaşı Gülmira Abdullayevanın qardaşı Mirəzim Allahverənov tərəfindən qətlə yetirildiyi müəyyən edilib. Hadisə yerində “Tula” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

M.Allahverənovovun tutulması istiqamətində Şəmkir RPŞ tərəfindən əməliyyat axtarış tədbirləri aparılır. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39