DİN Zaqataladakı zəhərlənmə faktı ilə bağlı məlumat yayıb

Bakı. 8 iyul. REPORT.AZ/ Daxili İşlər Nazirliyi Zaqatalada baş verən zəhərlənmə faktı ilə bağlı məlumat yayıb. Nazirlikdən "Report"a verilən xəbərə görə, bu gün Zaqatala rayonunun Çobankol kəndində yaşayan Mustafa Musayev, həyat yoldaşı Təbrik, qızları Gülbiçə, Günel, oğlu Sirac və anası Pəri evlərində qidadan (qarpızdan) zəhərlənmə ilə xəstəxanalara yerləşdiriliblər.

Bundan başqa, dünən Nəsimi rayonu ərazisində yaşayan Cəlal Naibov sirkə turşusundan, Xırdalan şəhərində yaşayan Günay Əliyeva isə dərmandan zəhərlənib. Qidadan zəhərlənən şəxslər xəstəxanalara yerləşdirilib.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39