DİN Qusarda baş verən güllələnmə ilə bağlı rəsmi məlumat yayıb

Bakı. 4 dekabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Qusarda baş verən güllələnmə hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

DİN-nin mətbuat xidmətindən “Report”a bildirilib ki, Qusar və Quba Rayon Polis şöbələri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 2-də Qusar şəhəri ərazisində Sabirabad rayon sakini Zaman Əhmədova tüfəngdən açdığı atəşlə xəsarət yetirməkdə şübhəli bilinən Quba rayon sakini Əşrəf Qədirov saxlanılıb.

Ondan hadisəni törədərkən istifadə etdiyi lüləsi və qundağı kəsilmiş “TOZ-8” markalı tüfəng götürülüb.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39