DİN “İraq Hava Yolları” şirkətinin Bakı ofisində baş verən hadisə ilə bağlı məlumat yayıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Bakıda ofisdə baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

“Report”un xəbərinə görə, məlumatda bildirilib ki, yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən “İraq Hava Yolları” şirkətinə məxsus ofisdə, sürücü - Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalını qətlə yetirib.

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Bəşirov tutulub, hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olan “COBALT” markalı tüfəng götürülüb.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14