DİN Gəncədə atanın 2 yaşlı uşağını avtomobilə vuraraq öldürməsi ilə bağlı məlumat yayıb

Bakı. 9 mart. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti Gəncə şəhərində atanın 2 yaşlı uşağını avtomobilə vuraraq öldürməsi ilə bağlı məlumat yayıb.

"Report" xəbər verir ki, məlumatda bildirilib ki, martın 8-də, saat 8 radələrində Gəncə şəhərində yaşayan Səbuhi İsmayılov evinin qarşısında idarə etdiyi “QAZel” markalı avtomobillə yola qəflətən çıxmış oğlu, 2 yaşlı İsmayılı vurub və nəticədə uşaq hadisə yerində ölüb.

Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56