DİN: Bəzi nardaranlılar əllərində olan silahları zibilliyə atıblar

Bakı. 8 dekabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Nardaranda silah tapılması haqda məlumat yayıb. 

"Report" DİN-in rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 7-də polis əməkdaşları tərəfindən Sabunçu rayonunun Nardaran qəsəbəsində məişət tullantıları yığılan yerdən 1 ədəd “Makarov” tipli tapança, 1 ədəd “Vinçester” markalı tüfəng və 13 ədəd patron tapılıb. 

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47