DİN Bakıda baş verən dəhşətli qətl və intihar hadisəsi ilə bağlı rəsmi məlumat yayıb

Bakı. 10 may. REPORT.AZ/ Daxili İşlər Nazirliyi Bakıda baş verən dəhşətli hadisə ilə bağlı rəsmi məlumat yayıb.

"Report" nazirliyin saytına istinadən xəbər verir ki, mayın 9-da İmişli rayon sakini Şahin Qurbanov paytaxtın Nəsimi rayonu ərazisində kirayədə yaşadığı mənzildə münaqişə zəminində qeyri-rəsmi nikah münasibətində olduğu həmyerlisi Gülnarə Ağayevanı bıçaqla qətlə yetirib. Ş.Qurbanov daha sonra isə özünü asıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti