DİN “28 May” stansiyasında baş verən intihar hadisəsi ilə bağlı məlumat yayıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi Bakı Metropolitenində baş verən intihar hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. “Report”un xəbərinə görə, məlumatda bildirilib ki, sentyabrın 5-də metronun “28 May” stansiyasında Rusiya Federasiyası vətəndaşı Rustam Mirzoyev özünü qatarın altına atıb və nəticədə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47