“Azərbaycan Dəmir Yolları” QSC Binədəki qəzaya görə 53 min manatlıq mülki iddia qaldırıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qatarla avtobusun toqquşması faktına görə dispetçer Mübariz Fərəcov və sürücü Əlixan Şirəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlərdən ikisi çıxış edib.

Onlar mülki iddialarının olmadığını, marşurut xətti rəhbərliyinin məhkəməyə dəvət edilmələrini, dindirilmələrini və həmin şəxslərin məsuliyyətə cəlb edilmələrini istəyib.

Daha sonra "Azərbaycan Dəmiryollları Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nümayəndəsi məhkəməyə 53 min manatlıq mülki iddia təqdim edib.

Məhkəmənin növbəti iclası aprelin 19-na təyin edilib.

Qeyd edək ki, ötən il oktyabrın 1-i saat 14:30 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qorunan dəmir yolu keçidində yük qatarı ilə Şirəliyev Əlixan Əlibala oğlunun 160 nömrəli marşrut üzrə idarə etdiyi "Ayşən LTD" MMC-yə məxsus "Daewoo" markalı 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun toqquşması nəticəsində 2006-ci il təvəllüdlü Dadaşzadə Yusif Tahir oğlu və 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu vəfat edib, 40 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bildirilib ki, fakta görə Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işində 38 zərərçəkmiş var.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47