Azərbaycanda dəm qazından iki nəfər zəhərlənib

Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycanda dəm qazından iki nəfər zəhərlənib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Qaradağ rayonunun Ələt qəsəbəsində yaşayan Xatirə Məmmədova dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb. 

Həmçinin, Gəncə şəhərində də dəm qazından zəhərlənmə faktı qeydə alınıb. Gəncə şəhər sakinləri Lalə İbrahimova dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Hər iki hadisə ilə bağlı araşdırmalar aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45