​Dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi keçirilib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nuriyyə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report" xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs və zərərçəkənlər dindirilib.

Məhkəmənin növbəti iclası oktyabrın 2-nə təyin edilib.

Qeyd edək ki, N.Hüseynova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39