Daşkəsəndə yol qəzası baş verib, xəsarət alanlar var

Daşkəsən. 25 sentyabr. REPORT.AZ/ Daşkəsən rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, qəza Daşkəsən-Gəncə avtomobil yolunda qeydə alınıb. 

Belə ki, "VAZ-2107" markalı avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində sürücü və sərnişin ağır bədən xəsarətləri alıblar. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qubada zəlzələ qeydə alınıb 14 avqust, 2026 / 21:06
Sumqayıtda kafe yanıb 14 avqust, 2026 / 17:48