Daşkəsəndə bir neçə nəfər dəm qazından zəhərlənib

Daşkəsəndə 4 nəfər dəm qazından zəhərlənib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Alunitdağ qəsəbəsində 1982-ci il təvəllüdlü S.Məmmədova, 1989-cu il təvəllüdlü A.Ələsgərova 13 yaşlı yeniyetmə və 6 yaşlı uşaq dəm qazından zəhərləniblər.

Zərərçəkənlərə tibbi yardım göstərilib. Onların vəziyyətləri qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14