Daşkəsəndə 80 yaşlı kişi pilləkəndən yıxılaraq ayağını sındırıb

Daşkəsən. 22 noyabr. REPORT.AZ/ Daşkəsən rayonunda 80 yaşlı kişi evinin pilləkənindən yıxılaraq ayağını sındırıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Bayan kənd sakini, 1936-cı il təvəllüdlü Hüseyn Verdiyev evinin pilləkənindən yıxılaraq sağ ayağını sındırıb.

Zərərçəkmiş yaxınlarının köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən dərhal tibbi yardım alan H.Verdiyevin vəziyyəti orta-ağır olaraq qalır.

Faktla bağlı Daşkəsən rayon Polis şöbəsində araşdırmalara başlanıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47