Bakı. 3 yanvar. REPORT.AZ/ Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 49 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb.
"Report" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 2 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 18 nəfər tutulub.