Cəlilabadın Təhsil Şöbəsinə yeni müdir təyin olunub

Cəlilabad. 20 fevral. REPORT.AZ/ Cəlilabad Rayon Təhsil Şöbəsinə (RTŞ) yeni müdir təyinatı olub.

"Report"un Muğan bürosu xəbər verir ki, bu vəzifəyə müvafiq əmrlə Qərənfil Əhmədova gətirilib.

Q.Əhmədova bu təyinata qədər şəhər 8 saylı məktəb-liseyin direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, Cəlilabad RTŞ-nin müdiri vəzifəsini bu vaxta qədər Hafiz Cavadov icra edirdi.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05
Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41