Cəlilabad. 5 iyul. REPORT.AZ/ Cəlilabadda döyülmə hadisəsi baş verib.
"Report"un Aran bürosunun məlumatına görə, 1996-cı il təvəllüdlü Mirzəyev İsmayıl Elsevər oğlu döyülərək, burnu sındırılıb.
İ.Mirzəyev Cəlilabad Qaz İstismar İdarəsinin əməkdaşıdır və o, iş zamanı abonent tərəfindən döyülüb.
Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.