Cəlilabadda zəlzələ olub

Bakı. 15 fevral. REPORT.AZ/ Cəlilabad rayonunda zəlzələ olub.

"Report" Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 11:01-də Cəlilabaddan 19 km şimal-qərbdə Cəlilabad ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss edilməyib.

Zəlzələnin maqnitudası 3,2, dərinliyi 28 km olub. 

Digər xəbərlər