Cəlilabadda yol qəzasında iki nəfər xəsarət alıb

Cəlilabad. 4 noyabr. REPORT.AZ/ Cəlilabad rayonunda yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Musalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2107" və "VAZ-2106" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində "VAZ-2106" markalı avtomobilin sürücüsü, 1967-ci il təvəllüdlü Quliyev Rövşən Fərəməz oğlu xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Qəza zamanı həmçinin digər avtomobilin sürücüsünün də yüngül xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şəkidə evdə partlayış olub 23 yanvar, 2026 / 09:36