Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var 

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, qəza zamanı "Mercedes" markalı minik avtomobili ilə "VAZ 2106" markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində iki nəfər rayon sakini, 1966-cı il təvəllüdlü Füzuli Əliyev və 1986-cı il təvəllüdlü Zamiq Quliyev xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerik rayonunda zəlzələ olub 27 sentyabr, 2026 / 11:31
Laçında traktor minaya düşüb 26 sentyabr, 2026 / 11:51
Axtarışda olan 198 nəfər tutulub 26 sentyabr, 2026 / 10:36