Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var 

Cəlilabad rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Qəza zamanı iki "VAZ 2106" markalı minik avtomobili toqquşub. Nəticədə 3 nəfər müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər